Ölkəmizdə İnformasiya Kommunikasiya Texnologiyalarının ( İKT ) inkişafı çoxşaxəli və məqsədyönlü aparılan siyasət nəticəsində ildən-ilə daha yüksək templə inkişaf etməkdə, beynəlxalq İKT ictimayyəti arasında ölkəmizin nüfuzu artmaqda, Azərbaycanın region ölkələri arasında İKT üzrə lider ölkəyə çevrilməsi reallaşmaqda davam etməkdədir. Təsadüfü deyil ki, İnformasiya kommunikasiya texnologiyaları (İKT) ölkəmiz üçün yeni sahə olduğu üçün 2003-cü ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə İKT üzrə milli strategiya təsdiq edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin davamşısı , xalqın rifahı naminə onun arzularını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyev cənabları isə 2006-cı ildə İKT-nin inkişafını Azərbaycanda dövlət siyasətinin prioriteti elan etmişdir. Bu gün beynəlxalq maliyyə qurumlarının rəyinə əsasən, keçid iqtisadiyyatı olan ölkələr arasında Azərbaycan ən dinamik inkişaf edən ölkə kimi qiymətləndirilir. Ətraflı
18 oktyabr 11
Tarif endirimləri
Hörmətli istifadəçilər !
Oktyabr ayının 1-dən etibarən "yüksək sürət aşağı qiymət" prinsipi ilə işləyən BakİnterNet yenə istifadəçilərini sevindirəcək.
Xətai Telefon Qovşağı- Bakı şəhəri, M.Mehdizadə küçəsi 14 ünvanında, Xətai rayonunun ərazisində yerləşir və 1965 ci ildə təşkil edilmişdir. Əvvəllər Mərkəzi Telefon Qovşağı kimi fəaliyyət göstərib. Nömrə tutumu 129 mindən artıqdır.
430/431/530, 432/433/434, 438/439/510, 560/568/569/513/413, 491, 494/495/596, 401, 402, 406, 581, 511 indeksli ATS-lər bu qovşağın xidmət ərazisindədir. Ümumi nömrə tutumu 166 min nömrədir. Qovşağın inzibati binası «İnşaatçılar» metro stansiyasının yaxınlığındadır, Şərifzadə küçəsi 75 ünvanında yerləşir.
Qovşağ əvvəllər mövcud olan Lenin Telefon Qovşağının 80-cı illərdə bölünməsi nəticəsində təşkil olunmuşdur. Qovşağın xidmət ərazisinə Əhmədli, Günəşli, Köhnə Günəşli, Yeni Günəşli, 8-ci km yaşayış massivləri daxildir. Qovşaq Nizami rayonu ərazisində “Qara Qarayev” metro stansiyasının yaxınlığında yerləşir.
80-ci illərdə, əvvəllər Bakı şəhərində üç telefon qovşağından biri kimi faliyyət göstərən Lenin Telefon Qovşağının yenidən təşkil olunması nəticəsində yaradılan Sabunçu Telefon Qovşağının xidmət sahəsinə, Sabunçu rayonu və Suraxanı rayonunun bir hissəsi daxildir. Nömrə tutumu 104.000-ə yaxındır.
Bu qovşaq əvvəllər şəbəkədə mövcud olan üç telefon qovşağından biri – Lenin telefon qovşağının bazasında yaradılmışdır. 80-cı illərdən başlayaraq müstəqil qovşaq kimi fəaliyyət göstərir. Qovşaq Mərdəkan qəsəbəsində yerləşir.
Qaradağ rayonunun ərazisində rayonun mərkəzi olan Lök-batan qəsəbəsində yerləşir. Əvvəllər Yasamal Telefon Qovşağının tərkibində olub. 1991-ci ilin mart ayından Qaradağ Telefon Qovşağı kimi fəaliyyətə başlayıb. Fəaliyyətə başlayarkən tərkibində Lök-batan.